UEFA bu yay “Neqreyra işi”nə görə “Barselona”nı cəzalandırmayacaq. Corner.az saytı xəbər verir ki, qitə futbol qurumu məsələni araşdırmağa başlamazdan əvvəl məhkəmə proseslərinin yekunlaşmasını gözləyəcək.
Daha əvvəl UEFA-nın “Barselona”nı Çempionlar Liqasından kənarlaşdıra biləcəyi ilə bağlı iddialar yayılmışdı. Lakin dünən Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta UEFA rəhbəri Aleksander Çeferinlə görüşdə günahsız olduqlarına inandırıb.
Qeyd edək ki, Barselona prokurorluğu kluba və onun keçmiş prezidentləri Xosep Bartomeu ilə Sandro Roselə qarşı texniki hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Neqreyraya ödənişlərdə mümkün korrupsiya faktı ilə bağlı iddia qaldırmışdı.