Futbol üzrə Cənubi Koreya çempionatında 8-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Anton Krivotsyukun komandası - “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Daequ”nun qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə yekunlaşıb - 1:0.
İki tur öncə qırmızı vərəqə aldığı üçün cəzalı olan Anton bu görüşün də iştirak etməyib.
“Daejeon” hazırda 14 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.