Futbol üzrə İsveçrə çempionatında 29-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Vintertur”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının ikinci qoluna 45+1-ci dəqiqədə məhz Dadaşov imza atıb.
“Qrasshopper” 29 turdan sonra 37 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.