23 oktyabr 2024. Çərşənbə

Ardıcıl 6-cı çempionluq


Ardıcıl 6-cı çempionluq
"Srvena Zvezda” Serbiya Super Liqasında 2022-23 mövsümünün çempionu olub. Corner.az saytı xəbər verir ki, Belqrad təmsilçisi 31-ci turda ən yaxın izləyicisi olan “Baçka Topola”ya 4:1 hesabı ilə qalib gələrək qızıl medalları təmin edib.
 
Hazırda aktivində 85 xal olan Miloş Miloyevin kollektivi vaxtından əvvəl çempionluğu rəsmiləşdirib. Komanda bunun ardıcıl 6-cı mövsüm mövsümü birinci pillədə başa vurmağı rəsmiləşdirib. Sonuncu dəfə 2016-17 mövsümündə Serbiyada “Srvena Zvezda” deyil, başqa komanda (“Partizan”) çempion olub.
 
Qeyd edək ki, bu, “Srvena Zvezda”nın tarixi ərzində 9-cu çempionluqdu.






Xəbər news