23 oktyabr 2024. Çərşənbə

Tarixin ən yaşlısı


Tarixin ən yaşlısı
"Oliveyrense”nin futbolçusu Kadzuesi Miura Portuqaliya futbol tarixinə düşüb. Corner.az saytı xəbər verir ki, yaponiyalı hücumçu II liqada “Akademiko Vizeu” ilə qarşılaşmada meydana çıxmaqla buna nail olub.

Görüşdə 90 dəqiqə iştirak edən Miura 56 yaş 24 günlüyündə oyun keçirib. Bununla o, Portuqaliya çempionatları tarixinin ən yaşlı futbolçusu rekordunu yeniləyib.
“Oliveyrense” Miuranın 1986-cı ildə başladığı karyerasında 16-cı klubdu.






Xəbər news