21 mart 2026. Şənbə

Rojerio Seninin rekordu təkrarlandı


Rojerio Seninin rekordu təkrarlandı
"Fluminense”nin qapıçısı Fabio Braziliya yüksək liqasında 22-ci mövsümünə start verib. Corner.az xəbər verir ki, o, 2015-ci ildə karyerasını bitirən sabiq qolkiper Rojerio Seninin rekordunu təkrarlayıb.
 
Fabio daha parlaq nəticə göstərə bilərdi. Lakin veteran futbolçu “Kruzeyro”da çıxış edərkən adıçəkilən komanda 2 mövsüm (2020, 2021) B seriyasında çıxış edib. Ümumiyyətlə, bu, Fabionun karyerasında 26-cı mövsümdü.
 
Rojerio Seni (22 mövsüm) - 1993-1995, 1997-2015
Fabio (22 mövsüm) - 2000-2019, 2022, 2023
Roberto Dinamite (21 mövsüm) - 1971-1990, 1992
Eder (21 mövsüm) - 1973-1991, 1994, 1995
Fabio Santos (21 mövsüm) - 2003-2023
 






Xəbər news