1 fevral 2026. Bazar günü

Qarabağ Partizaniyə uduzsa ...


Qarabağ Partizaniyə uduzsa ...
Qarabağ Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Partizani”yə uduzub, mübarizəni dayandırsa, yoluna Avropa Liqasında davam edəcək.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, artıq Ağdam təmsilçisinin qitənin ikinci dərəcəli klub turnirindəki potensial rəqibi də müəyyənləşib. 

Qurban Qurbanovun komandası ÇL-də ilk mərhələni keçə bilməsə, Avroliqanın ikinci təsnifat mərhələsində "Şerif" (Moldova) - "Saburtalo" (Gürcüstan) cütünün məğlubu ilə qarşılaşacaq.

Qeyd edək ki, Moldova və Gürcüstan təmsilçiləri ÇL-in 1-ci təsnifat mərhələsində üz-üzə gələcəklər.





Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO