21 mart 2026. Şənbə

Xavyer Zanetti Azərbaycana gəlir


Xavyer Zanetti Azərbaycana gəlir
Futbol üzrə Argentina millisinin və İtaliyanın “İnter” klubunun keçmiş müdafiəçisi Xavyer Zanetti Azərbaycana gələcək. Corner.az xəbər verir ki, bu barədə 49 yaşlı keçmiş futbolçu “İnstaqram” səhifəsində paylaşım edib.
 
 “İnter”in vitse-prezidenti Zanetti səfərdə məqsədinin bu klubun Azərbaycanda fəaliyyət göstərən akademiyasının üzvləri ilə görüşmək olduğunu bildirib.
 
Zanetti 1995-2014-cü illərdə “İnter”də futbolçu kimi çıxış edib.






Xəbər news