6 dekabr 2025. Şənbə

Evimə qayıtmaq istəyirəm - Neymar


Evimə qayıtmaq istəyirəm - Neymar

PSG-nin futbolçusu Neymar komandadan ayrılmaq istəyir.

Corner.az “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu yenidən “Barselona”da oynamaq istəyir. 27 yaşlı hücumçu artıq bu istəyini Paris klubunun sahibi Nasser Əl-Xəlafiyə çatdırdığı bildirilir. İddiaya görə, Neymar qətərli iş adamına “Daha PSG-də oynamaq istəmirəm. Evimə qayıtmaq istəyirəm. "Barselona"nı tərk etməməliydim” deyib. 

PSG rəhbərliyinin də təcrübəli hücumçu ilə yolları ayrımağa hazır olduğu deyilir. Klub rəhbəri Əl-Xəlafi  bir neçə gün əvvəl verdiyi açıqlamada Neymarın PSG-yə məcbur gətirilmədiyini bilidirib və oynamaq istəməyənə qapının açıq olduğunu deyib.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə "Barselona"da oynayıb.







Xəbər news