“Böyük beşlik” ölkələrinin liqalarında ən çox oyunda qol vuran futbolçuların siyahısı müəyyənləşib.
Corner.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına əsasən, birinci pilləyə Lionel Messi başçılıq edir.
Argentinalı oyunçu apreldə PSJ-nin heyətində iki Liqa1 matçında fərqlənərək rekordu ələ keçirib. O, ümumilikdə 319 çempionat matçında qol vurmağı bacarıb. Bunun 300-ü “Barselona”da, 19-u isə PSJ-də olub.
317 oyunda qol vuraraq ikinci sırada yer alan Kriştiano Ronaldo isə hazırda “Top-5” liqalardan kənarda – Səudiyyə Ərəbistanında çıxış edir.
1. Lionel Messi (2004-) – 319 oyunda qol
2. Kriştiano Ronaldo (2003-2022) - 317
3. Cimmi Qrivz (1957-1971) - 251
4. Gerd Müller (1964-1979) - 228
5. Robert Levandovski (2010-) - 225
6. Zlatan İbrahimoviç (2004-) - 224
7-8. Delio Onnis (1971-1986) - 221
7-8. Stiv Blumer (1892-1914) - 221
9. Kərim Benzema (2005-) - 214
10-11. Diksi Din (1924-1938) - 211
10-11. Alan Şirer (1987-2006) - 211