21 mart 2026. Şənbə

Cəsarət Əhmədov: Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir üçün xüsusi medallar hazırlanıb


Cəsarət Əhmədov: Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş turnir üçün xüsusi medallar hazırlanıb

Aprelin 29-30-da keçiriləcək qol güləşi üzrə ümumrespublika turnirinə bir neçə gün qalıb. Artıq sifariş etdiyimiz xüsusi medallar da hazırdır və bu günlərdə ölkəyə gətiriləcək. Bu turnir indiyədək keçirdiyimiz digər yarışlardan daha üstün və dəyərli olacaq. Çünki yarış müasir müstəqil Azərbaycanımızın qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub. Məhz buna görə də mən istəyirəm ki, bütün həvəskar və peşəkar idmançılar bu mötəbər turnirdə öz güclərini sınasınlar və hər biri tarix yazsınlar.

Corner.az xəbər verir ki, bu sözləri Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti, Beynəlxalq Qol Güləşi Federasiyası prezidentinin müşaviri Cəsarət Əhmədov deyib.

Cəsarət Əhmədov bildirib ki, xüsusi olaraq bütün rayon və bölgələrimizdə fəaliyyət göstərən nümayəndələrimizdən və məşqçilərdən idmançıların ümumrespublika turnirində iştiraklarını təmin etmələrini xahiş edirəm. Həmçinin turnirdə fiziki imkanları məhdud idmançılar da xüsusi kateqoriyada və üç çəki dərəcəsində iştirak edə biləcəklər. Yarışa 90 kiloqramdan yuxarı çəki dərəcəsinin daxil edilməsində əsas məqsəd Avropa və dünya çempionatlarında ağır çəkidə ölkəmizin yalnız yüksək nəticələr əldə edə biləcək güclü idmançılarla təmsil olunmasını təmin etməkdir.

“Azərbaycan Qol Güləşi Federasiyası 15 il ərzində böyük yol keçərək bugünkü səviyyə çatıb. Bizi öz yolumuzdan kimsə döndərə bilməz. Çünki bizim yolumuz Allahın buyurduğu yoldur, haqq yoludur, Ulu Öndərimizin yoludur. Bizim yolumuz yalnız birlikdən keçir. Buna görə də mən hətta nə vaxtsa bizə “daş atan” idmançılarımızı da bu turnirdə görmək istəyirəm. Əgər kiminsə də ürəyində kin-küdurət varsa, onu dərhal silib atsın. Biz yalnız birlikdə olmalı, Vətənimiz və dövlətçiliyimiz naminə çalışmalıyıq. Hər zaman böyük və güclü şəxsiyyətlərin ölümü bütün yaxşılıqların qıfılı, pisliklərin isə açarı olur”, - deyə C.Əhmədov əlavə edib.







Xəbər news