21 mart 2026. Şənbə

Qurbanlı&Şeydayev > Messi&Mbappe


Qurbanlı&Şeydayev > Messi&Mbappe
Avropanın “böyük beşlik” ölkələrində bu mövsüm ən çox qol vuran cütlüklər açıqlanıb. Corner.az saytı xəbər verir ki, reytinqə “Mançester Siti”nin hücumçuları Erlinq Haland və Fil Foden başçılıq edirlər.
 
Adıçəkilən tandem İngiltərə Premyer Liqasında bu mövsüm ümumilikdə 41 qol vurub. Haland 32, Foden isə 9 dəfə fərqlənib.
 
İkinci pillədə ümumilikdə 37 qol vuran PSJ-nin hücumçuları Kilian Mbappe ilə Lionel Messi qərarlaşıb. Fransalı 22, argentinalı 15 dəfə Liqa 1-də rəqib qapıçılarını məyus edib.
 
“Napoli”nin qol silahları Viktor Osimxen 21, Xviça Kvaratsxeliya 12 qolla komandanı A seriyası çempionluğuna daşıyır. Cütlük 33 qolla üçüncü sıradadı.
 
“Tottenhem”in üzvləri Harri Keyn və Xın Min Son “Napoli”dəki həmkarlarından 1 top geri qalırlar. İngiltərəli 24, cənubi koreyalı 8 qolla komandasına fayda verib.
 
İlk “beşliy”in son sakinləri “Monako”nun qolçuları Vissam Ben Yedder və Bril Embolodu. Bu tandemin ümumi qol sayı 29-a bərabərdi. Ben Yedder 17, Embolo 12 qola imza atıb.
 
Maraq üçün əlavə edək ki, Azərbaycan Premyer Liqasında da məhsuldar cütlük var. Bu, “Qarabağ”ın forvardları Musa Qurbanlı və Ramil Şeydayevdi. Bu mövsüm çempionatda Musa 20, Ramil 18 qol vurub. Onlar ümumilikdə 38 dəfə fərqləniblər ki, bununla “Top-5” liqalarda yalnız Haland-Foden cütlüyündən geri qalırlar.






Xəbər news