26 may 2026. Çərşənbə axşamı

Sabah'ın 3 futbolçusu Zaqreb Dinamo'sunun akademiyasında


Sabah'ın 3 futbolçusu Zaqreb Dinamo'sunun akademiyasında
“Sabah”ın 3 futbolçusu Zaqreb “Dinamo”su ilə əməkdaşlıq çərçivəsində Xorvatiyaya yollanıb.
 
Corner.az xəbər verir ki, aşağı yaş qrupları üzrə komandaların futbolçuları – Həzrət Səmədov, Rauf Əyyubov və İbrahim Xəlilov 2 həftə ərzində “Dinamo” Futbol Akademiyasında təcrübə keçəcəklər.
 
Hazırda Zaqreb təmsilçisinin aşağı yaş qrupları üzrə komandaları ilə birgə məşqlərdə iştirak edən gənc futbolçuların yoxlama oyunlarında şans qazanması da nəzərdə tutulub. Əsas məqsəd futbolçuların Avropanın ən böyük futbol akademiyalarından biri olan “Dinamo” Futbol Akademiyasında təcrübə keçməklə oradakı mühitlə tanışlığı, həmçinin Zaqreb təmsilçisinin mütəxəssislərinin rəhbərliyi altında məşqlərdə iştirak etməklə yeni təcrübə qazanmalarıdır.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı