“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev Azərbaycan çempionatındakı işi barədə təəssüratlarını bölüşüb. Corner.az xəbər verir ki, Rusiya mətbuatına danışan gənc mütəxəssis, Azərbaycan Premyer Liqasının çox çətin turnir olduğunu söyləyib:
“Azərbaycan çempionatı çox çətin turnirdir. Burada 10 komanda iştirak edir, çempionat dörd dövrədə keçirilir. Avqustda başlayır, mayda bitir.
Əcnəbi futbolçular üçün məhdudiyyət var: siyahıda dörd yerli oyunçu olmalıdır.
Dörd dəfə eyni komanda ilə çempionatda oynayanda, hətta kubokda qarşılaşanda, artıq hamı bir-birini çox yaxşı tanıyır, rəqiblərin güclü və zəif tərəflərini bilir.
Bütün komandalar arasında “Qarabağ” fərqlənir. Ardıcıl səkkiz il avrokubokların qruplarında oynayırlar. Digər top-klub “Neftçi”dir. Böyük ənənələrlə və yaxşı imkanlara sahibdir. Daha bir neçə kifayət qədər güclü, təxminən eyni səviyyəli komandalar var: “Sabah”, “Qəbələ”, “Zirə”.
Bu mövsüm “Qarabağ”ın yenidən çempion olacağı ehtimalı var. “Neftçi” ilə ikinci və ya üçüncü yerlər üçün oynayacağıq. Eyni zamanda, istənilən halda, “Sabah” növbəti mövsümdən avrokuboklarda çıxış edəcək. Bu, Azərbaycanın ən yüksək futbol liqası haqqında hekayədir”.
“Sabah” hazırda Azərbaycan Premyer Liqasında 31 turdan sonra 71 xalla 2-ci pillədə qərarlaşıb.