Futbol üzrə Cənubi Koreya çempionatında 9-cu turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Jeonbuk”un qonağı olub. Futbolçumuzun komandası bu oyunda inamlı qələbəyə sevinib- 2:1.
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək meydanda olub. Komandasının ilk qolunu da 51-ci dəqiqədə Anton imza atıb.
“Daejeon” hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.