23 oktyabr 2024. Çərşənbə

Ancaq xərcləyir, xərcləyir və xərcləyir - Ronaldo boşanır?


Ancaq xərcləyir, xərcləyir və xərcləyir - Ronaldo boşanır?
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo 8 ildir birlikdə olduğu sevgilisi Corcinya Rodrigezlə ayrıla bilər. Corner.az Portuqaliyanın CMTV kanalına istinadən xəbər verir ki, ulduz hücumçu xanımının gününü ticarət mərkəzlərində keçirməsindən narazı olduğunu bildirib.  
 
“Corcinya hər gününü ticarət mərkəzlərində keçirir. Bu isə məni çox əsəbiləşdirir. Ancaq xərcləyir, xərcləyir və xərcləyir, başqa heç bir işlə məğul olmur” – deyə, kanalda bildirilir.
 
Kriştiano və Corcinya hələ də rəsmi ailə qurmayıblar.
 
Ronaldo 2023-cü ildən “Əl Nəsr”də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2025-ci ilə qədərdir. Bu mövsüm portuqaliyalı “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 13 oyun keçirib, 11 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.






Xəbər news