23 oktyabr 2024. Çərşənbə

Portuqaliyadan Pele qərarı


Portuqaliyadan Pele qərarı
Braziliyalı üçqat dünya çempionu Pelenin adı Portuqaliyada lüğətə salınıb. Corner.az xəbər verir ki, bu barədə mərhum futbolçunun “Twitter” hesabında məlumat verilib.
 
Paylaşımda bunlar qeyd edilib: “Kral”ın adı rəsmi olaraq lüğətə əlavə edilib! O, təkcə futbolun yox, eyni zamanda, tennisin də, basketbolun da Pelesidir.
 
Hansısa bir şey haqqında nəzərdə tutduğunuz “ən yaxşı” ifadəsi artıq əbədiləşdirilib! Birlikdə tarix yazdıq. Futbolun kralının adını portuqal dilinə əlavə etdik. Pele adı artıq “ən yaxşı” ifadəsinin sinonimidir.
 
Pele! Ən qeyri-adi, keyfiyyəti, dəyəri və ya üstünlüyü ilə heç nəyin və heç kimin keçə bilməyəcəyi; müstəsna, misilsiz, bənzərsiz”.
 
Keçmiş futbolçu ötən ilin dekabrında vəfat edib. O, futbol üzrə yeganə üçqat (1958, 1962, 1970-ci illər) dünya çempionudur.
 






Xəbər news