DÇ-2022-də məşhurlaşan xorvatiyalı model İvana Knoll Formula-1 Azərbaycan qran-prisində iştirak etmək üçün Bakıya gəlib.
Corner.az xəbər verir ki, İvana bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
O, əvvəlcə İstanbul Hava Limanında olarkən türk mətbəxinin məşhur şirniyyatlarının görüntüsünü paylaşaraq bunları yazıb:
“Nəhayət, pəhrizə başlamağa qərar verdiyim ilk gün. Sevdiyim desertlər. Salam bamiyə və paxlava. Uzun zamandır, bu şirniyyatları görmürdüm”.
Daha sonra İvana Knoll Heydər Əliyev Hava Limanında çəkdiiyi şəkillərini izləyiciləri ilə bölüşüb.