Azərbaycanın FİFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstanın yüksək liqasının oyununa təyinat alıb.
Corner.az Yunanıstan Super Liqasının saytına istinadən xəbər verir ki, o, ölkə çempionatının 33-cü turunda keçiriləcək PAOK - "Aris" matçını idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Aprelin 30-da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.