23 oktyabr 2024. Çərşənbə

Penaltidən ən çox qol vuran futbolçular


Penaltidən ən çox qol vuran futbolçular
Futbol tarixində penaltidən ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb. Corner.az saytı xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) araşdırmasına əsasən, onbirmetrlik zərbədən rəqib qapıçılarını ən çox məyus edən oyunçu Kriştiano Ronaldodu.
 
Bir çox rekordun sahibi olan portuqaliyalı superulduz penaltidən 151 dəfə fərqlənib. Karyerasını davam etdirənlər arasında ona ən yaxın olan Lionel Messidi. Argentinalı həmkarından 43 penalti qolu az vurub.
 
1. Kriştiano Ronaldo (Portuqaliya, 2002-) – 151 qol
2. Romario (Braziliya, 1985-2007) - 114
3. Ronald Kuman (Niderland, 1980-1997) - 113
4. Lionel Messi (Argentina, 2004-) - 108
5. Roberto Bacco (İtaliya, 1984-2004) - 100
6. Uqo Sançes (Meksika, 1976-1997) - 96






Xəbər news