"Əl Vahda”nın hücumçusu Can-David Boqel Səudiyyə Ərəbistanı Kubokunun yarımfinal mərhələsində “Əl-Nəsr”lə keçirilən oyundan sonra rəqibin ulduzjlu Kriştiano Ronaldo ilə yaşadığı insident haqda danışıb. Corner.az xəbər verir ki, fransalı forvard görüşdən sonra həmkarının formasını istəyəndə gözlənilməz reaksiya ilə üzləşdiyini və bunun hörmətsiz davanış olduğunu bildirib:
“Matçdan sonra Ronaldoya onun böyük fanatı olduğumu dedim və formasını istədim. Mənə düz-əməlli baxmadan əlimi sıxdı, çox xor baxırdı. Onun oyununu izləyib böyüdüyüm üçün susdum. Kollecdə onun videolarına baxdığım hələ də yadımdadı. Başa düşürəm ki, məğlubiyyətdən sonra məyusluq yaşayıb. Əla rəqibdi, amma münasibəti məni çox təəccübləndirdi. O, hətta oyun vaxtı da əsəbləşirdi, komanda yoldaşlarının üstünə qışqırırdı”.
Qeyd edək ki, “Əl-Vahda” məhz Can-David Boqelin yeganə qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.