23 oktyabr 2024. Çərşənbə

Qərbi Azərbaycan İcmasının üzvləri akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib


Qərbi Azərbaycan İcmasının üzvləri akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib
Qərbi Azərbaycan İcmasının rəhbərliyi və icma üzvləri bu gün Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.
İcma üzvləri əvvəlcə ümummilli lider, Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyublar.
Daha sonra akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, Zərifə xanımın əziz xatirəsi ehtiramla anılıb.







Xəbər news