- Xəbər news
- 22:34 14.11.2024
Antonino Conte Chelsea'dən kompensasiya tələb edir.
Corner.az "La Gazetta Dello Sport" nəşrinə istinadən məlumat verir ki, italiyalı mütəxəssis vaxtından əvvəl istefaya göndərildiyinə görə 13 milyon, nüfuzuna dəyən ziyana görə isə daha 10 milyon avro istəyir. London klubu isə kompensasiya tələbi ilə razılaşmır, hətta bəzi öhdəliklərini yerinə yetirməməkdə günahlandırır. Chelsea klubunun hüquqşünasları qeyd edib ki, Conte paytaxt təmsilçisinin tərəfdaşları ilə olan sponsorluq öhdəliklərini pozur, avtomobilini təyin olunan dayanacaq yerlərində saxlamır və mətbuat konfranslarına gecikir.