23 oktyabr 2024. Çərşənbə

Dadaşovlu Qrasshopper darmadağına üzüldü


Dadaşovlu Qrasshopper darmadağına üzüldü
Futbol üzrə İsveçrə çempionatında 31-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Luqano”nun qonağı olub. Futbolçumuzun komandası bu oyunda darmadağına üzülüb - 1:5.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 63-cü dəqiqədə meydana buraxılıb.
 
“Qrasshopper” 31 turdan sonra 40 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news