23 oktyabr 2024. Çərşənbə

Ulduz futbolçu Ronaldo ilə Halandı müqayisə etdi


Ulduz futbolçu Ronaldo ilə Halandı müqayisə etdi
"Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva komanda yoldaşı Erlin Halandı Portuqaliya millisində çıxış etdiyi Kriştiano Ronaldo ilə müqayisə edib. Corner.az xəbər verir ki, ulduz futbolçu hər iki forvardın oxşar və fərqli cəhətlərinin olduğunu bildirib:
 
“Erlinq və Kriştiano fərqli şəxsiyyətlərdir. Onlar bir-birindən çox fərqli insanlardır. Amma meydanda bir neçə oxşarlıqlarını tapa bilərsiniz. Hər ikisi qol vurmağa can atır. Top qapıya yaxın olanda Haland həmişə orada olur, topun harada olacağını hiss edir. Kriştiano da bu xüsusiyyətə sahibdir. Komandalarına kömək etmək üçün qol vurmaq, qol vurmaq və ancaq qol vurmaq istəyində onlar çox oxşardırlar”.
 
Qeyd edək ki, Erlinq Haland bu mövsüm bütün turnirlərdə 43 oyunda 49 qol vurub. Qış fasiləsində “Əl-Nəsr”ə keçən Kriştiano Ronaldo isə Səudiyyə Ərəbistanı klubunun heyətində 12 qolla yadda qalıb.






Xəbər news