1 fevral 2026. Bazar günü

Əliyar Ağayev: 5 qol, 7 sarı, 1 qırmızı vərəqə


Əliyar Ağayev: 5 qol, 7 sarı, 1 qırmızı vərəqə
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev Yunanıstanda daha bir oyun idarə edib. Corner.az xəbər verir ki, o, Super Liqanın XXXIII turunda PAOK – “Aris” görüşündə iş başında olub.
 
İlk “altılıq”da yer alan komandaların duelində birincilər 3:2 hesablı qələbə qazanıb. Ağayev matçda meydan sahiblərinin 5, qonaqların isə 2 oyunçusuna sarı vərəqə göstərib. O, “Aris”in hücumçusu Abubakar Kamaranı 90+3-cü dəqiqədə qırmızı vərəqə ilə meydandan qovub.
 
Qeyd edək ki, PAOK hazırda 63 xalla dördüncü, “Aris” isə 47 xalla beşinci pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO