“Neftçi”nin sabiq futbolçusu Kiril Petrov Polşada qeyri-adi qolla diqqətləri üzərinə çəkib. Corner.az saytı xəbər verir ki, “Korona”nın heyətində çıxış edən ukraynalı müdafiəçi Polşa Ekstraklasasının XXX turunda “Stal”la səfər görüşünün 9-cu dəqiqəsində qapıçının irəli çıxdığını görərək, meydanın mərkəzindən onu məyus edib.
33 yaşlı oyunçunun vurduğu möhtəşəm qolla hesabı açmasına baxmayaraq, “Korona” qarşılaşmada 1:2 hesablı məğlubiyyətə üzülüb.
Qeyd edək ki, Kirill Petrov 2017-2019-cu illərdə ölkəmizdə “Neftçi”nin formasını geyinib.