“Yanq Boyz” İsveçrə çempionatının qalibi olub. Corner.az xəbər verir ki, Rafael Vikkinin rəhbərlik etdiyi komanda XXXI turda “Lutsern”i 5:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirib.
Komanda hazırda ikinci yerdə qərarlaşan “Luqano”nu 18 xal qabaqlayır. İsveçrə çempionatında sona 5 tur qaldığından, “Yanq Boyz” ən yaxın izləyicisi üçün əlçatmaz olub.
Bern klubu ümumilikdə 16-cı, son altı ildə isə 5-ci dəfə mövsümü qızıl medalla tamamlayıb. Hazırda üç klubun daha çox çempionluğu var: “Qrasshoppers” (27), “Bazel” (20), “Servett” (17).