“Barselona” UEFA tərəfindən diskvalifikasiya olunduğu təqdirdə Asiya zonasında çıxış edə bilər. Corner.az xəbər verir ki, bu barədə “Once” televiziya kanalındakı proqamda məlumat verilib.
Məlumatda, UEFA-nın “Barselona”nı hakim rüşvətxorluğu ilə bağlı “Neqreyra işi”ndə təqsirli bilsə, kataloniyalılar ən azı bir il beynəlxalq yarışlardan uzaqlaşdırılacağı vurğulanıb. Belə olarsa, La Liqa nəhəngi Asiya Futbol Konfederasiyasının turnirlərində iştirakı nəzərdən keçirəcək.
Qeyd edək ki, “Barselona” İspaniya Hakimlər Komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreyraya ödənişlərdə korrupsiyada şübhəli bilinir.