Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi İtaliya mətbuatına növbəti dəfə açıqlamalar edib. Corner.az xəbər verir ki, 67 yaşlı mütəxəssis A seriyasının cari mövsümünü dəyərləndirib.
İtaliyalı mütəxəssis çempionluğun bir addımlığında olan “Napoli”nin parlaq, “İnter” və "Milan"ın isə məyus mövsüm keçirdiyini söyləyib.
“Milan” və “İnter” bu mövsüm A seriyasında məyus oldular. “Napoli” birinci pillədə olsalar da, texniki baxımdan ən güclü olan komandalar “İnter” və “Yuventus” olduğunu deyərdim. Xüsusən də, Simone İnzaqinin komandası hamıdan fərqlənir. Buna görə də, onların məyusluğunu başa düşüləndir. “Napoli” bu mövsüm möhtəşəm işlərə imza atdı. Qalanlarında tarazlıq var. Bəzi klublarda məşqçilərə vaxt verilməlidir, onlara atəş açmaq çox tezdi”.
Qeyd edək ki, A seriyasında sona 6 tur qalmış 79 xalla turnir cədvəlinə başçılıq edən “Napoli” ən yaxın izləyicisini 18 xal qabaqlayır. “İnter” isə 57 xalla 4-cü pilləni “Milan” və “Roma” ilə bölüşdürür