Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) 23 yaşa qədər futbolçular arasında ən yaxşı driblinqçilərin reytinqini tərtib edib. Corner.az xəbər verir ki, siyahıya “Real”ın hücumçusu Vinisyus Junior başçılıq edir.
“Napoli”nin gürcüstanlı forvardı Xviça Kvaratsxeliya da ilk “onluğ”a düşüb.
Qeyd edək ki, araşdırma son 365 gündə öz milli liqalarında ən azı 1500 dəqiqə oynamış 23 yaşından kiçik futbolçular arasında aparılıb.
İlk “onluq”:
1. Vinisyus Junior (“Real”)
2. Angelo Qabriel (“Santos”)
3. Camal Musiala (“Bavariya”)
4. Məhəmməd Kudus (“Ayaks”)
5. Rodriqo (“Real”)
6. Luis Enrike (“Betis”)
7. Xviça Kvaratsxeliya (“Napoli”)
8. Fakundo Bunanotte (“Brayton”)
9. Niko Uilyams (“Atletiko”)
10. Fil Foden (“Mançester Siti”)