PSJ fanatları klub prezidenti Nasser Əl-Xələfi ilə yanaşı komandanın futbolçuları Lionel Messi, Neymar və Marko Verrattinin Paris təmsilçisindən göndərilməsini tələb edir. Corner.az xəbər verir ki, klubun ultras qrupu rəhbərliyin istefasını tələb etmək üçün PSJ-nin ofisinin qarşısına şüarlarla çıxış ediblər.
Azarkeşlər həmçinin Messini də təhqir ediblər. Bundan sonra azarkeşlər Neymarın evinin önünə gedərək, “Neymar, çıx get!” deyə, ardıcıl xoşagəlməz şüarlar səsləndiriblər.
Baş verənlərlə əlaqədar PSJ rəhbərliyi narazı azarkeşlərindən qorunmaları üçün futbolçuların təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməyə başlayıb. Klubun bazasında da təhlükəsizlik gücləndirilib. Azarkeşlərin qəzəbinə daha çox tuş gələn Messi, Neymar və Verrattinin evlərinin ətrafında da təhlükəsizlik tədbirləri görülüb.