Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi “Qalatasaray” və “Beşiktaş”ın Azərbaycan klubları “Qarabağ” və “Sabah”la xeyriyyə oyunu keçirmələrinə münasibət bildirib.
Corner.az xəbər verir ki, qurum rəhbəri bunda bütün təşkilati işləri klubların gördüklərini bildirib.
O, əvəzində aprelin 6-da “Beşiktaş”ın “Atletiko” ilə keçirdiyi xeyriyyə qarşılaşmasını TFF-nin təşkil etdiyini əlavə edib:
“Qalatasaray” və “Beşiktaş”ın Azərbaycan klubları ilə yoldaşlıq görüşü keçirmələrinin bizimlə heç bir əlaqəsi yoxdu. Sadəcə, bunun üçün bizdən icazə alırlar. Qalan bütün çalışmaları özləri edirlər. Amma ötən ay “Atletiko”nun “Beşiktaş”la keçirdiyi yoxlama görüşünün təşkilatçılığını biz etdik”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçirilən və “Qalatasaray”ın “Qarabağ”ı 2:1 hesabı ilə məğlub etdiyi görüşdən əldə edilən gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara göndərilib. Mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Sabah” – “Beşiktaş” matçı da eyni məqsədlə təşkil olunacaq.