23 oktyabr 2024. Çərşənbə

İkinci dəfə ən yaxşı futbolçu elan edildi


İkinci dəfə ən yaxşı futbolçu elan edildi
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) zonası üzrə ən yaxşı futbolçunun adı açıqlanıb. Corner.az xəbər verir ki, “Bavariya”nın və Kanada millisinin üzvü Alfonso Deyvis bu ada layiq görülüb.
 
22 yaşlı futbolçu ardıcıl ikinci dəfə bu mükafatı qazanıb. Əvvəllər buna yalnız kosta-rikalı qapıçı Keylor Navas sahib olmuşdu.
 
Alfonso Kanada millisinin heyətində DÇ-2022-də çıxış etmişdi.
 
Deyvis cari mövsümdə Münhen təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 38 oyuna çıxıb, üç qol vurub və yeddi məhsuldar ötürmə edib.






Xəbər news