23 oktyabr 2024. Çərşənbə

UNESCO “Fit for Life” təşəbbüsü üçün ən yaxşı loqo müsabiqəsinə start verib


UNESCO “Fit for Life” təşəbbüsü üçün ən yaxşı loqo müsabiqəsinə start verib

UNESCO Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin “Fit for Life” təşəbbüsü üçün ən yaxşı loqo müsabiqəsinə start verib.

Corner.az xəbər verir ki, layihənin əsas məqsədi daha çox insanı idmana cəlb etmək və onların yaradıcılığını genişlətməyə imkan yaratmaqdır.

UNESCO Sosial və Humanitar Elmlər bölməsinin həyata keçirdiyi müsabiqədə azərbaycanlı mütəxəssislər də iştirak edə bilərlər.

Müsabiqənin qalibi Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin bu il 26 - 29 iyunda Bakıda keçiriləcək Beynəlxalq Konfransında (MINEPS VII) elan olunacaq.

Müsabiqənin şərtləri və loqonun texniki xüsusiyyətləri ilə bağlı ətraflı məlumatı qeyd olunan link vasitəsilə əldə edə bilərsiniz.







Xəbər news