1 fevral 2026. Bazar günü

Dadaşovdan məhsuldar ötürmə


Dadaşovdan məhsuldar ötürmə
Futbol üzrə İsveçrə çempionatında 32-ci turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Servett”i qəbul edib. Futbolçumuzun komandası bu oyunda məğlubiyyətlə üzləşib - 2:3.
 
Renat da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Komandasının 7-ci dəqiqədə vurduğu ilk qolun məhsuldar ötürməsini edən millimizin üzvü 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
“Qrasshopper” 32 turdan sonra 40 xalla 10 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.






Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO