21 mart 2026. Şənbə

Platini VAR-a qarşı çıxdı


Platini VAR-a qarşı çıxdı
UEFA-nın sabiq prezidenti Mişel Platini VAR-ın fəaliyyətindən narazılıq bildirib. Corner.az xəbər verir ki, əfsanəvi fransalı futbolçu bu sistemin əleyhinə olduğunu deyib.
 
Platini hesab edir ki, VAR problemin həlli olmayıb:
 
“VAR problemi dəyişdi, hər toxunuşu faul etdi. Hakim epizodları monitor ekranı qarşısında deyil, meydanda şərh etməlidir. Mən yalnız qol və ofsayd təyin etmək texnologiyalarını saxlayardım”.
 
Qeyd edək ki, Mişel Platini 2007-2015-ci illərdə UEFA prezidenti vəzifəsini icra edib.






Xəbər news