8 may 2026. Cümə

Beşiktaş'ın Bakıya səfər proqramı açıqlandı


Beşiktaş'ın Bakıya səfər proqramı açıqlandı
"Sabah”la xeyriyyə matçında qarşılaşacaq Türkiyənin "Beşiktaş" komandasının Bakıya səfər proqramı açıqlanıb.
 
Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyun günü - mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq.
 
Türkiyə təmsilçisi "Hilton" hotelində məskunlaşacaq. Super Liqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.
 
Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı