14 dekabr 2025. Bazar günü

Barcelona Arsenal'la qarşılaşacaq


Barcelona Arsenal'la qarşılaşacaq

Yeni mövsümə hazırlıqlarını davam etdirən “Barcelona” “Arsenal”la yoxlama matçı keçirəcək.

Corner.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 


Hər il “Barcelona”  tərəfindən təşkil olunan “Joan Qamper” kuboku çərçivəsində rəqib bu dəfə “Arsenal” olub. Joan Qamper “Barcelona” klubunun qurucusu sayılır. O, həm də Kataloniya təmsilçisinin ilk prezidenti olub.

“Joan Qamper” kuboku 1997-ci ildən bu yana iki komandanın iştirakı ilə keçirilir. Ötən il təşkil olunan “Joan Qamper” kubokunda “Barslcelona” “Boka Xuniors”la qarşılaşmış və 3:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, “Barcelona” – “Arsenal” matçı avqustun 4-də, “Nou Kapm” stadionunda keçiriləcək.







Xəbər news