Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda ilə görüşüb. Corner.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyası (AMF) paylaşım edib.
Bildirilib ki, görüşdə gənclər və idman naziri Fərid Qayıbov, həmçinin Azərbaycan Minifutbol Federasiyasının fəxri-prezidenti Orxan Məmmədov da iştirak edib.
Görüşdə bu günlərdə Bakıda baş tutmuş Beynəlxalq Minifutbol Turniri, həmçinin, ölkəmizdə minifutbolun inkişafı müzakirə olunub.
Qeyd edək ki, Bakıda keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirinin qalibi Çexiya yığması olub. Azərbaycan millisi turnirdə 4-cü yeri tutub.