26 may 2026. Çərşənbə axşamı

Şaxtyor cəzalandı, BATE çempion elan edildi


Şaxtyor cəzalandı, BATE çempion elan edildi
“Şaxtyor” (Soliqorsk) və “Energetik BGU” komandaları danışılmış oyunlara görə Belarus çempionatının qızıl və gümüş medallarından məhrum ediliblər. Corner.az xəbər verir ki, yerli federasiya hər iki kluba danışılmış oyunlarda iştiraka görə cəza verib.
 
Beləliklə, BATE çempionatın qalibi olub. Minsk “Dinamo”su ikinci, “İsloç” isə üçüncü yerdə qərarlaşıb.
 
Eyni zamanda, “Belşina” klubu da eyni səbəbdən sanksiya ilə üzləşib. Hər üç klub cərimələnib.
 
Komandalar üç iş günü ərzində qərarla bağlı Apellyasiya Komitəsinə şikayət edə bilərlər.






Xəbər news

“Bakı Marafonu 2026” yekunlaşdı
  • Xəbər news
  • 16:36 03.05.2026
“Bakı Marafonu 2026” yekunlaşdı