23 oktyabr 2024. Çərşənbə

Məşhur futbolçu xeyriyyə matçında iştirak edəcək


Məşhur futbolçu xeyriyyə matçında iştirak edəcək

Azərbaycanda oynamış məşhur futbolçu Maykl Essyen xeyriyyə matçında iştirak edəcək.

Corner.az xəbər verir ki, “Səbail”in sabiq yarımmüdafiəçisi İngiltərə klubu “Çelsi” ilə Almaniya təmsilçisi “Bavariya”nın ulduzları arasında təşkil olunacaq xeyriyyə oyununda meydana çıxacaq.

O, sentyabrın 9-da “Stemford Bric”də baş tutacaq qarşılaşmada əfsanəsi olduğu “Çelsi”nin forması ilə çıxış edəcək. Matçın bilet satışından əldə olunacaq gəlir hər iki klubun fondlarına, bir hissəsi isə yanvarın 6-da vəfat edən “Çelsi”nin keçmiş futbolçusu Canluka Viallinin adı verilən xərçəng müalicəsi mərkəzinə bağışlanacaq.

Qeyd edək ki, Maykl Essyen 2019-cu ilin martından iyununa qədər “Səbail”in heyətində çıxış edib. O, 2005-2014-cü illərdə “Çelsi”nin şərəfini qoruyub.







Xəbər news