Sabah Bakıda “Sabah” və “Beşiktaş” klubları arasında xeyriyyə oyunu keçiriləcək. Corner.az xəbər verir ki, qarşılaşmanı idarə edəcək hakimlər briqadası müəyyənləşib.
Yoldaşlıq görüşünün baş hakimi Tural Qurbanov olacaq. Vüsal Məmmədov və Rəhman İmami yan xətt hakimi kimi ona köməklik göstərəcəklər.
Matçın dördüncü hakim vəzifəsini isə İnqilab Məmmədov icra edəcək.
Qeyd edək ki, saat 18:00-da başlayacaq oyundan əldə ediləcək gəlir Türkiyədə zəlzələdən əziyyət çəkən insanlara göndəriləcək.