23 oktyabr 2024. Çərşənbə

Beşiktaş Bakıda - FOTOLAR


Beşiktaş Bakıda - FOTOLAR
Sabah "Sabah"la yoldaşlıq görüşünə çıxacaq "Beşiktaş" artıq Bakıdadır. Corner.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. 
 
Komanda burada izdihamla qarşılanıb. Azərbaycandakı "Beşiktaş" azarkeşləri onlara dəstək olublar, şüarlar səsləndiriblər.
 
“Sabah”la “Beşiktaş” arasındakı yoldaşlıq matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 18:00-da start veriləcək. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.
 







Xəbər news