23 oktyabr 2024. Çərşənbə

Dadaşovlu Qrasshopper'dən inamlı qələbə


Dadaşovlu Qrasshopper'dən inamlı qələbə
Futbol üzrə İsveçrə çempionatında 33-cü turun oyunları keçirilib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Qrasshopper” də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda “Lütsern”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb - 2:0.
 
Renat da bu görüşün iştirakçısı olub. O, 87-ci dəqiqədə meydana buraxılıb.
 
“Qrasshopper” 33 turdan sonra 43 xalla 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.






Xəbər news