1 fevral 2026. Bazar günü

Fransada oynamaq İngiltərədə oynamaqdan daha çətin idi


Fransada oynamaq İngiltərədə oynamaqdan daha çətin idi

“Mənim üçün Fransada oynamaq İngiltərədə oynamaqdan daha çətin idi".

Corner.az xəbər verir ki, bu sözləri İngiltərə "Mançester Siti"sinin yarımmüdafiəçisi Bernardo Silva Liqa 1-i Premyer Liqa ilə müqayisə edərkən deyib. Portuqaliyalı futbolçu Liqa 1-dəki fiziki tələbkarlığın hazırdakı oyununa təsir etdiyini söyləyib:

Liqa 1-də fiziki cəhətdən daha çox tələbkar futbol var. Bəlkə də buna görədir ki, “Mançester Siti”də topa daha çox sahib olmağı bacarırıq. Ancaq əvvəlcə mənim üçün asan deyildi, buna daha sonralar öyrəşməli oldum”.

 2017-ci ildən “şəhərlilər"də çıxış edən 28 yaşlı futbolçu komandanın heyətində 301 oyuna çıxıb, 53 qol vurub və 58 məhsuldar ötürmə ilə yadda qalıb.







Xəbər news

 "Futbol məni ayaqda saxladı!" - VİDEO
  • Xəbər news
  • 13:02 26.12.2025
"Futbol məni ayaqda saxladı!" - VİDEO