Dağıstanlı bloger Xasbulla Maqomedov böyük futbola, Avropa Liqasına getdi.
Corner.az Rusiya mediasına istinadən xəbər verir ki, “Yuventus” - “Sevilya” yarımfinal matçının yayımına onun portreti olan pankart daxil edilib. Həmçinin onun Maradona ilə birlikdə olduğu stikerləri də hazırlanıb. Stikerdə “Tanrılar bizimlədir” mənasını verən “Los dioses estan con nosotros” yazılıb. Görünür, “Sevilya” azarkeşləri Xasbullanı çox sevirlər.
Xatırladaq ki, bir müddət əvvəl bloger Xasbulla Maqomedov dostlarıyla birlikdə toya gedən maşınların hərəkətinə mane olduqları üçün polis tərəfindən saxlanılmışdılar. Daha sonra üzr istəyərək azadlığa buraxılıblar.
Aytəkin Cəlali