27 mart 2026. Cümə

DÇ-2022-nin səfiri bilindi


DÇ-2022-nin səfiri bilindi

Qətərdə keçiriləcək DÇ-2022-nin səfiri müəyyənləşib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, mundialın simvolik səfiri braziliyalı keçmiş futbolçu Kafu olub. 49 yaşlı sabiq futbolçu 1994-2002-ci illər aralığında formasını geyindiyi Braziliya milli komandası ilə 2 dəfə dünya çempionu olub.

Qeyd edək ki, Qətərdə keçiriləcək DÇ-2022 21 noyabr-18 dekabr tarixlərində baş tutacaq.







Xəbər news