- Xəbər news
- 22:34 14.11.2024
Qadınlardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi və bir sıra idman mütəxəssisləri mətbuat konfransında çıxışlar edib, önəmli fikirlər səsləndiriblər.
Corner.az-ın məlumatına görə konfransda çıxış edən yeni baş məşqçi Ataman Güneyligil göstərilən etimada görə təşəkkür edib:
“Mənə göstərilən inama görə təşəkkür edirəm. Azərbaycan
voleybolunun əvvəlki uğurlarını qaytarmaq istəyirik. Faiq Qarayevin dövründə
yaxşı nailiyyətlər əldə olunub".
Həmçinin o,
avqust-sentyabr aylarında təşkil ediləcək Avropa çempionatında yaxşı
komandaların yer aldığı qrupda mübarizə aparacaqlarını söyləyib. Eyni zamanda,
gənclərin voleybola cəlb edilməsinin ön planda olacağını vurğulayıb:
“Yerli məşqçilərlə
fikir mübadiləsi aparmaq üçün seminarlar təşkil olunacaq. Bunlar yay dövrü üçün
nəzərdə tutulub”.
Qeyd edək ki, Azərbaycan
millisi Avropa çempionatının C qrupunda Çexiya, Almaniya, Yunanıstan, İsveç və
Türkiyə ilə mübarizə aparacaq.