23 oktyabr 2024. Çərşənbə

Şahin Bağırov: Liqalarda komanda sayının artması, yığmaya təkan verəcək


Şahin Bağırov: Liqalarda komanda sayının artması, yığmaya təkan verəcək

Qadınlardan ibarət milli voleybol komandamızın yeni baş məşqçisinin təyinatı ilə bağlı təşkil edilən konfransda Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov da iştirak edib.

 

Corner.az xəbər verir ki, o, konfransda çıxış edərək, bir sıra fikirlər səsləndirib. Azərbaycan voleybolunun uğurlarından bəhs edən federasiya rəhbəri bu nailiyyətlərin davamlı olmasının vacibliyini qeyd edib:

“Azərbaycanda voleybol kifayət qədər məşhur idman növüdür. Komandalarımız Avropa və dünyada yaxşı nəticələr əldə ediblər. Əsas məqsədimiz voleybolun populyarlığının, kütləviliyinin artması və mükəmməl infrastrukturun qurulmasıdır”.

 

Şahin Bağırov qadınlar və kişilərdən ibarət Yüksək Liqalarda komandaların sayının artırılmasının da nəzərdə tutulduğunu söyləyib. Voleybolun inkişafı üçün çalışacaqlarını da bildirən Ş.Bağırov Azərbaycanda bu idman növünün ənənələrinin olduğunu vurğulayıb:


“Maliyyə dayanıqlığını təmin edən komanda tapa bilsək, Yüksək Liqalarda sayı 6-ya çatdıracağıq. Sayın artırılması yığmaya da təkan verəcək”.







Xəbər news